050/055 - 323 73 97 Menu

Hepatoloq DR.Tofiq Əkbərov
Sosial media hesabları

Öd daşı xəstəliyi hepatobiliar sistemin mübadilə xəstəliyi olub-öd kisəsində (xolecitolitiaz), öd axarında ( xoledoxoletioz) və qaraciyər öd yollarında daşın əmələ gəlməsi ilə xarakterizə olunur.
Etiologiyası;
Öd daşı xəstəliyinin baş verməsinin əsas səbəbi öd yollarında olan iltihabı proses, ödün metobolizmasının pozulması və öd yollarında olan durğunluqdur.
Daşın əmələ gəlməsinin əsasını bilirubin və xolesterin mübadiləsində olan pozğunluq təşkil edir. Ödün əsas tərkib hissəsi olan bu maddələr suda pis həll olur, öd turşusunun təsiri də ödün tərkibində çökmədən qalırlar.
Ödün tərkibində olan xolesterin və bilirubinin konsentrasiyasının artması daşın əmələ gəlməsinə şərait yaradır.
Piylənmə, şəkərli diabet, ateroskleroz, hiperlipoprotenemiya xolesterin mübadiləsinin pozulmasına səbəb olur.
Hiperbilirubinemiya və pigment daşları anadangəlmə hemalitik anemiya zamanı ola bilər. Müxtəlif genetik faktorlar da var ki, bunlar da daşın əmələ gəlməsinə səbəb olur.
Rasional qidalanmanın pozulması , xalestrini çox olan yağlı yeməklər ( piyli ət, balıq, yumurta, yağ) çoxlu un məmulatlarının qəbulu ödün reaksiyasını turş mühütə doğru dəyişir ki, bu da ödün həll olmasını çətinləşdirir.
Aşağı kalorili bitkisel qidalanma ,qida lifləri ilə zəngin qidalar, bitki yağları, aktiv həyat daşın əmələ gəlməsini əngəlləyən faktorlardır. Ekzogen və endogen mənşəli A hipovitaminozu da daşın əmələ gəlməsinə səbəb olan faktordur.
Daşın əmələ gəlməsinə 77 %- qadınlarda hamiləlik, 53% halda qeyri regulyar qidalanma , qeyri aktiv həyat tərzi, artıq çəki, irsi mübadilə pozğunluqları keçirilmiş xəstəliklər ( salmonelyoz, virus hepatiti, malyariya, şəkərli diabet) səbəb olur.
Bəzi hallarda duodenal keçiriciliyin pozulması nəticəsində ödün axması çətinləşir ki, bu da öddə durğunluq və daşın əmələ gəlməsinə səbəb olur.
Öd daşının aşağıdakı növləri var.
1) Homogen daşlar
A) Xolestrin daşları: əsasən maddələr mübadiləsi pozulduqda, kök adamlarda müşahidə olunur.pentgenonegativdir
???? Pigment daşları əsasən aseptik şərait olduqda əmələ gəlir.
Anadangəlmə hemolitik anemiyada erotrisitlərin sürətli parçalanması nəticəsində tolassemiyada olur. Bu daşlar kiçik ölçülü olur, kəsikdə qara görünür, çoxsaylı olur.
C) Kirəcləşmiş daşlar
2) Qarışıq daşlar
( bütün öd daşlarının 80 %-ni təşkil edir).Nüvəsi üzvi mənşəli olub üzərində xolesterin, öd pigmenti və Ca duzlarından ibarət olur.
3) Mürəkkəb quruluşlu daşlar
10 % halda olur.Daşın nüvəsi xolesterindən , qatları isə Ca, bilirubin və xolesterindən ibarət olur,öd kisəsində və öd yollarında iltihabı proses olduqda əmələ gəlir.
( Əlavə 1)
Xolesterin və qara pigment daşları əsasən öd kisədə, qəhvəyi pigment daşları öd yollarında əmələ gəlir.
Xolesterin daşları əsasən xolesterindən ( 51-98 %) və az miqdarda karbonant, fosfat , bilirubinat, Ca palmitat, fosfolipod, glikoprotein və mukopolisoxoridlərdən ibarət olur. Qəhvəyi pigment daşları yumşaq və amorf olur. İnfeksiyalanmış hallarda daha çox rast gəlinir.
Öd daşı əmələ gəlməsi aşağıdakı hallarda daha da sürətlənir:
1.Ödün tərkibində xolesterinin miqdarı artdıqda.
2. Ödün tərkibində balans pozulduqda ( zülal mənşəli maddələrin azalması, xolato-xolesterin koeffisentinin düşməsi, öddə turş mühitin artması)
3. Öddə lipid kompleksinin azalması və ya tam itməsi. Bu kompleks xolesterinin kristallaşmasına və daşın əmələ gəlməsinə mane olur. Lipid kompleksinin tərkibinə öd turşusu, fosfolipidlər , elektrolitlər daxildir.
4. Öd kisə və axarlarda olan iltihabı proseslər nəticəsində tərkibində glikoproteid olan seliyin ifraz olunması
5. Öd kisə və axarlarında olan müxtəlif infeksiyalar . Mikroorqanizimlər əsasən bağırsaq çöpləri  -glukorinidza fermenti ifraz edir ki, buda həll olan bilirubini həll olmayan bilirubinə transformasiya edirlər.Normal öddə bu ferment olmur. Öd infeksiyalaşanda bu ferment əmələ gəlir. Normal öddə bu fermentin ingibitoru glikoz turşusu olur. Öd infeksiyalarında bu ingibitor azaldığı üçün  -glukoronidza fermentinin miqdarı və öddə sərbəst həll olmayan bilirubinin artmış olur bu da Ca ionları da birləşir. Ca bilirubinat əmələ gəlir. Ca bilirubinat da pigment daşların əsas komponentidir. Bununla yanaşı Mikroorqanizimlər lecitinaza (fosfolipoza) ifraz edir ki, bu da öddə olan lecitini parçalayır, Onun azalmasına səbəb olur.
Daş əmələ gəlmənin faktorları:
1. Cins: Qadınlarda öd daşları kişilərə nisbətən 2-3 dəfə artıq rast gəlinir.Hər iki cinsdə yaşlaşdıqca daş əmələ gəlməsi bir az da sürətlənir. Daş əmələ gəlməsində hormonal faktorunda rolu vardır. Belə ki, hamiləlik əleyhinə olan hormonol preparatları qəbul edən xanımlarda öd daşı xəstəliyi hormonol preparatlar qəbul etməyənlərə nisbətən daha çox rast gəlinir. Postmenopauza dövründə qəbul olunan estorogen tərkibli dərmanların qəbulu öd daşı xəstəliyinin əmələ gəlməsini 2,5 dəfə artırır.
Prostat vəzinin xərçəngi olan kişilərdə hormonal preparatların qəbulu ödün tərkibində xolestereni artırır, daş əmələ gəlmə ehtimalı yüksəlir.
Çox uşaqlı analarda daş əmələ gəlmə ehtimalı , az uşaqlı analara nisbətən daha çoxdur. Hamiləliyin son aylarında öd kisəsində olan nisbi durğunluq qalıq həcmi artırır, xolesterin kristalları toplanır, nəticədə öddə çökütü və kiçik daşların əmələ gəlməsinə səbəb olur.
2. Yaş: Yaşlaşma öd daşının əmələ gəlməsini sürətləndirən faktordur.Bunun səbəbi öddə xolesterinin miqdarının artmasıdır. 75 yaşdan yuxarı 20 % kişi 35% qadınlarda öd daşı rast gəlinir 5% hallarda uşaqlarda da pigment xolesterin daşlarına rast gəlinir.
3. Genetik etnik faktorlar: Öd daşı olan xəstənin qohumlarında adi populyasiya nisbətən daş əmələ gəlmə ehtimalı daha çoxdur. İnkişaf etmiş ölkələrdə öd daşı ümumi əhalinin 10-15 % -nə rast gəlinir. Ən çox öd daşı xəstəliyi amerikan indularında ( ümumi qadınların 80-90%-də) müşahidə olunur.
Öd daşları tərkibinə görə də zonalar üzrə dəyişir. Avropa və Şimali Amerika öd daşları 80-90% hallarda xolesterin mənşəli olduğu halda Tayvanda bu 50-60% təşkil edir.
4.Qidalanma və piylənmə : Ekonomik inkişaf etmiş ölkələrdə daş əmələ gəlmədə qidalanma əsas rol oynayır. Qərb ölkələrində daş əmələ gəlməsinin səbəbi qidada bitki mənşəli liflərin az olmasıdır.
Spirtli içki də daş əmələ gəlməni sürətləndirir. Vegetarianlarda çəkidən asılı olmayaraq çox nadir hallarda öd daşına rast gəlinir. Qidada xolesterinin miqdarının artması öddə xolesterin miqdarını artırır ki, buda öd daşı əmələ gəlmə ehtimalını artırmış olur.
Artıq çəki öd daşı xəstəliyinin əsas risk faktorudur. Bu cavan qadınlarda , yaşlı qadınlara nisbətən daha risklidir.Sürətli arıqlama da öd daşı əmələ gəlmə riskini artırır. Belə ki, arıqlama zamanı öddə muçin və Ca miqdarı artır ki, buda daşın əmələ gəlməsini sürətləndirir.
5.Zərdab faktorları: qanda yüksək sıxlıqlı lipoprotenlərin azalması, triqliseridlərin miqdarının artması da daş əmələ gəlməsini səbəb olan faktorlardır.Şəkərli diabet və ailəvi hiperlipoproteinemiyası olanlarda, qısa nazik bağırsaq sindromu xəstələrdə malosorbsiya sindromu olanlarda öd kisəsində disfunksiya olanlarda da əmələ gəlmə ehtimalı daha da çoxdur.
6.Dərman preparatları: Esterogen tərkibli dərmanlar öd daşı əmələ gəlməsini sürətləndirir. Klofibrat xolesterin sintezini azaldır onun ödlə xaric olmasını artırır ki, bu da öddə xolesterinin artmasına , daş əmələ gəlməsinə səbəb olur.
Klinika:
Öd daşı xəstəliyinin aşağıdakı klinik formaları var:
1.Dispeptik
2.Küt ağrılarla gedən
3.Sancı şəkilli ağrılarla gedən
I. Dispeptik formalı öd daşı xəstələrində aşağıdakı şikayətlər olur.
1. Sağ qabırğaltı və epigastrol nahiyədə olan küt ağrılar.
2. Hava ilə gəyirmə
3. Davamsız stul
4. Gəyirmə
5. Qarında köp
6. Ağızda olan acılıq
7. Yağlı və kəskin qidalara qarşı kəskin reaksiya
8. Palpasiya zamanı sağ tərəfdə ağrı
Yuxarıda göstərilən şikayətlər sakit halda və yağlı yeməkdən, içkidən sonra da müşahidə oluna bilər.
II. Kutagrili forma: aşağıdakı simptomlarda müşahidə olunur:
1. Xəstə epigastral və sağ qabırğaaltı nahiyədə olan küt ağrıdan , şikayət edir. Bu ağrılar qeyri intensivdir, pristupları olmur.Ağrılar əsasən dietada pozğunluq olduqda, ağır fiziki işdən sonra, psixoemosional stresdən, kəskin hava pozğunluğundan, çoxlu yağlı yeməkdən sonra müşahidə olunur. Ağrılar sağ kürək, , sağ çiyin, sağ körpücük, boyunun sağ nahiyyəsinə yayılır eyni zamanda dispeptik şikayətlər verə bilər.
Obyektiv müayinədə sağ qabırğaaltı nahiyədə hiperesteziya , öd kisəsi nahiyəsində və epiqastriyada ağrılar, müsbət Myusi, Ortner, Merfi, Lepen, Kepa, Boos simptomları müsbət olur.
Eyni zamanda xəstədə astena-nevrotik sindrom müşahidə oluna bilər.Bu özünü ümumi haqsızlıq , tez yorulma, iş qabiliyyətinin itməsi , əsəbilik, yuxu pozğunluğu şəklində göstərə bilər.

Sancışəkilli ağrılarla gedən öd sancısı xəstənin əsas şikayəti, sağ tərəfdə olan sancı şəkilli ağrılardır. Ağrılar kəskin və intensiv olub kəsici, deşici xarakterlidir, sağ qabırğaaltı və epigastrol nahiyyəyə yayılır. Ağrılar sağ kürək, sağ çiyin, çənə, sağ döş nahiyyəsinə irradiasiya edir. Bəzi hallarda ağrılar sol tərəfə də yayılıb, yalançı ürək ağrıları kimi də özünü göstərə bilər. Ağır sancılar zamanı xəstələr sakitləşdirici vəziyyət tapa bilmir. Ağrılar 2-6 saat davam edir. Ürək bulanma və qusma , ağızda olan acılıq, ağız quruma köplə müşahidə olunur.
Sancının baş verməsinə səbəb dietada olan pozğunluq ( yağlı yemək, acılı və ədvalı qida, alkoqol qəbulu) fiziki və psixoemosional gərginlik ola bilər. Qadınlarda sancıya səbəb mensturasiya və hamiləlik ola bilər.
Obyektiv müayinədə aşağıdakılar aşkarlanır :
1) Piylənmə
2) Ksantelazmalar ( sarı lipid ləkələri, gözün üst qapağında, bəzi hallarda ksatamozlar
3) Dəri və sklerada sarılığ
4) Qarında köp
5) Sağ qabırğaltı nahiyədə və sağ qarın düz əzələsində olan ağrılar.
6) Sağ qabırğaltı nahiyədə olan əzələ gərginliyi
7) Ortner, Kepa, Merfi, Myusi simptonları müsbət olması
???? Quru ərplə örtülü dil
9) Ağırlaşmış hallarda təngənəfəslik , sianoz taxikardiya, arterial hipotenziya
Müxtəlif lokalizasiyalı öd daşı xəstəliyinin klinik xüsusiyyətləri:
1) Xolecitolitiaz: Lokalaizasiyialı öd daşı
Bu xəstəliyin əsas xarakter əlaməti öd sancısıdır.
Öd sancısı –öd kisə əzələlərinin spastik yığılmasıdır.Bəzi vaxtlar spastik yığılma nəticəsində daş öd yoluna ötürülür. Yığılma başladıqda isə daş yenidən kisəyə qayıdır. Sancı kəsildikdən sonra qusma sakitləşir ,temperatur düşür, ağrı azalır. Sancının kəsməsinə baxmayaraq bir neçə ay ümumi halsızlıq , iştah pozğunluğu qeyri intensiv küt ağrılar davam edir.
Bəzi xəstələrdə sancı zamanı böyümüş öd kisəsini əlləmək mümkün olmur. Adətən bu remisiya vaxtı öd kisə ödemi zamanı baş verir.Bu zaman kisə seliyə bənzər maye ilə dolur, öd kisə hamar ağrılı bir yumşaq forma kimi dərin nəfəs aldıqda əllənir.
Öd kisə ödemi öz başına keçə bilər . Bu o zaman baş verir ki, daş geri boşluğa qayıdır. Öd axını bərpa olur. Bəzi hallarda isə öd kisə yığılır boşluq itir , öd kisəsi fəailiyyətsiz öd kisəsi adlanır.
Öd sancısının atipik forması da vardır ki, bu zaman ağrılar sağ çiyində , sağ kürək nahiyəsində , sağ çiyin və dirsək oynağında olur. Bəzi hallarda özünü mədə xəstəliyi şikayətləri ilə göstərir. ( gəyirmə, qıcqırma, ürək bulanma,köp)
II Xoledoxolitioz ( əsas öd axarında daş) .
Öd axar daşı 10 -25 % hallarda öd kisə daşı ilə yanaşı olur, öd kisədən düşür.
Bəzi hallarda öd daşı axarda sərbəst olaraq əmələ gəlir. Bu öd yollarında infeksiya olduqda və öd axarında maneə olduqda əmələ gəlir. Axar daşları Ca bilirubinatdan ibarət olur, qəhvəyi rəngdə və öd axarının distal hissəsində olur. Bəzi hallarda öd axarında Ca bilirubinat dənə şəkilli olub , qatı öd ilə öd axarını tam tutur , axar, eyni zamanda qaraciyər daxili öd yolları genəlmiş olur.
Xoledoxolitaizim klinik şəkli axardakı daşın yerləşdiyi yerdən asılıdır. Əgər daş distus choledochusun suproduodenal nahiyəsində yerləşibsə klinik verməyə də bilər. Distal hissədə yerləşdikdə xəstəliyin klinikası kəskin olur. Xoledoxolitiazim aşağıdakı klinik formaları var:
1) Latent forma - Bu zaman xəstənin heç bir şikayəti olmur.Mütamadi olaraq sağ tərəfdə zəif küt ağrılar müşahidə olunur.
2) Dispeptik forma - Bu zaman əsas şikayətlər dispeptik olur. Ürək bulanma, qusma, ağızda olan acılıq, quruluq, iştah pozğunluğu , köp.
Bəzi hallarda bu şikayətlər ağrı ilə müşahidə olunur. Daş prepapilyar nahiyədə olarsa qısa müddətli sarılıq ola bilər. Öd axarında spazm və ödem tez keçib gedir, ağrı və sarılıq aradan götürülür.
3) Kəskin klinik gedişli forma- bu zaman vilyar triadası müşahidə olunur. ( öd sancısı, qızdırma və sarılıq)
Ağrılar kəskin sancı şəkilli olub , sağ tərəfdə olur. İntensivdir. Sağ çiyin və kürəyə irradiasiya olunur. Daş fater məməciyi nahiyəsində olduqda ağrılar XI döş fəqərəsinə və sol epiqastrol nahiyyəyə yayılır. Çox vaxt xoledoxolitiaz ürək bulanma və qusma ilə müşahidə olunur.
Qızdırma , titrətmə ilə gedir və xolongitin olduğunu göstərir.Kəskin gedişi xoledoxoletioz zamanı temperatur olmaya da bilər.
Xoledoxoltiazın əsas əlaməti sarılıqdır. Sarılıq mexaniki, xarakter daşıyır. Öd axarının tutulması zamanı baş verir. Sarılıq əlaməti adətən ağrıdan 12-24 saat sonra başlayır və həftələrlə davam edir. Sarılıq dəri qaşınması ilə müşahidə olunur. Sidik isə tünd rəng alır, bilirubindən ibarət olur. Stul axolikdir .Əvvəlcə sarılıq mis rəngində olur. Sonralar yaşılı sarı rənglə əvəz olunur.
Xoledoxoletioz zamanı sarılıq 50% halda müşahidə olunur. Çünki çox vaxt öd daşı axarı tam tutmur tam obustuksiya 8-10% halda rast gəlinir. Yaşlı adamda obturasion sarılıq tədricən baş verir, sarılıq önü dövrdə adətən ağrılar olmur. Ona görə də bu dövrü mədəaltı vəzi, başın şişi xəstəliyi, öd axarın sıxan metastaz mənşəli limfa düyünlərinin böyüməsi ilə differensiyasını etmək lazımdır.
Xolongit formalı öd daşı xəstəliyi:
Aşağıdakı şikayətlərə keçir:
1) Temperatur qalxmış olur, titrəmə müşahidə olunur, sarılıq güclü olur.
2) Qızdırma sarılıq ilə müşahidə olunur daimi olmur, dəri qaşınmaları olur.
3) Sağ qabırğaaltı nahiyədə ( öd axarın genəlməsi nəticəsində) olan ağrılar
4) Qaraciyər böyümüş olur, gecikmiş dövrdə qaraciyərdə bərkimə müşahidə olunur.
5) Dalaq da böyümüş olur
6) Uzun müddət davam edən qeyri tam axar tutulmasında xalangit fonunda ikincili biliar sirroz inkişaf edir.

Qaraciyər daxili xolelitiaz
Öd daşı xəstəliklərinin 5 %-ində daş qaraciyər daxili öd yollarında müşahidə olunur. Çox vaxt öd kisə daşları və öd axar daşı ilə yanaşı rast gəlinir. Qaraciyər daxili öd daşlarının əmələ gəlməsinə öd axarlarında olan durğunluq və infeksiya səbəb olur. Hemolitik anemiya da qaraciyər daxili öd daşlarına səbəb ola bilər.
Qaraciyər daxili xolelitiozun əsas simptomları
1) Sağ qabırğaaltı nahiyədə güclü ağrılar
2) Mütamadi olaraq titrəmə ilə müşahidə olunan temperatur və zəif sarılıq.
3) Ürək bulanma , qusma, ağızda quruluq
4) Qaraciyərin həmin payında olan böyümə və bərkimə
Qaraciyər daxili xolelitiazim
Diaqnostikası çox çətindir. Əgər xəstədə öd kisə və axarda daş varsa anadangəlmə sarılıqdan şikayət edərsə, passiv həyat keçirirsə , xalangiti varsa xəstəlikdən şübhələnməyə əsas verir. Diaqnozu təsdiqləmək üçün xəstədə vena daxili xolenqrafiya olunur.
Ağırlaşmalar:
1. Desturiktiv xolesistit
2. Öd kisə empieması
3. Perixolesistit
4. Xolangit
5. Öd daşı mənşəli bağırsaq keçməməzliyi
6. Reaktiv hepatit

12.12.2021
Son xəbərlər

Müsahibə - "Unikal.az"

Ətraflı

Qaraciyər niyə böyüyür?

Ətraflı

Qaraciyər və dərmanlar

Ətraflı