
İstər enteral yəni, ağız boşluğundan istərsə də parenteral yəni, inyeksiya şəklin də vücuda daxil olmuş bir çox dərman və kimyəvi maddələrin atılmasın da ən önəmli orqan qaraciyərdir. Qaraciyər hücrələrinin mikrasomlarında oksidoz sistemi deyilən bir sistem vardır. Bayırdan alınan müxtəlif kimyəvi birləşmələr bu sistemi stimule edir. Ayrıca son araştırmalar bu ilac və kimyəvi maddələrin qaraciyər tərəfindən toksik və karsinoyenik metobolitlərə çevrildiyi göstərilmişdir. Bu gün anlaşılmışdır ki, qaraciyər bağırsaqlardan sorulan və yağda həll olan bəzi dərmanları suda həll olan hala gətirdikdən sonra öd və sidik ilə vücuddan atarsa siklofosfamid kimi bəzi dərmanları da daha zəhərli hala gətirə bilməkdədir.
Bu halda əvvəldən qəbul edildiyi kimi qaraciyərdə gedən biotransformasyon prosesləri (dəyişməyə məruz qalma) tam bir təmizləmə (detoksikasyon) olayı olaraq izah edilməməlidir.
Dərman maddələrinin qaraciyərdən atılma və təmizlənməsin də 3 önəmli faktor var:
1) Qaraciyərdə olan qan dövranı
2) Plazma da olan dərmanları metobalizma edən enzimlərin aktivlik dərəcəsi
3) Plazmada dərmana birləşən proteinlərin miqdarı
Qaraciyərdə dərman və yabancı maddələr ilə bağlı metobolik reaksiyalar 2 fazada olur:
Birinci faza: əsas dərman və ya kimyəvi maddənin transformasyonu ( bura oksidləşmə, reduksiya və hidroliz aiddir) son nəticədə suda həll olan hala gəlir.
İkinci faza: birinci fazada əmələ gələn maddə glokronil turşusu və ya asetik turşusu ilə birləşir. Nəticədə əmələ gələn metoboliklərin yağda əriyənləri ödə keçir, suda əriyən qismi də qana oradan böyrəklərdən sidiyə keçərək xaric olunur.
Dərman və kimyəvi maddələrin qaraciyərə mənfi təsirini artıran risk faktorları bunlardır:
1) Qaraciyər hücrəsindəki çatmamazlıq.
2) Yaş ( yaş artdıqca dərman reaksiyaları artar)
3) Cinsiyyət ( qadınlarda dərman reaksiyaları kişilərdən artıqdır)
4) Genetik faktorlar
Məsələn: vərəm xəstəliyin də istifadə olunan izomazid dərmanı metobalizması fərqli insanlar da fərqli gedirki, bu da genetik faktorla bağlıdır