
Postxolesistomik sindrom (PXES) ümumi məhfum olub, bu sindrom altında birbaşa və dolayı yolla əməliyyatla əlaqədar olan və əməliyyat sonrası proqressivləşən bütün xəstəliklər başa düşülür.
Ona görə Postxolesistomik sindrom dedikde bu sindroma səbəb ola bilən əməliyyata göstəriş xəstəliklər göstərilməlidir.
Xolesistektomiyadan sonra inkişaf edən simptomların əsas səbəbləri aşağıdakılardır. 1)Əməliyyat önü müayinə zamanı və əməliyyat zamanı olan diaqnostik səhvlər. 2)Əməliyyat zamanı olan texniki və taktiki səhvlər. 3)Öd kisənin çıxması ilə əlaqədar olan funksional pozğunluqlar. 4)Hepatopankreatobiliar zonada mövcud xəstəliklərin kəskinləşməsi və ağırlaşması. Son zamanlar aparılan xolesistektomiya əməliyyatlarının sayının artması postxolesistomik sindromun da rast gəlmə tezliyini artırmışdır. PXES baş verməsi əməliyyata qədər ki, dövrdə olan xroniki xolesistitin xarakterindən və hepatopankreatobiliar sistemdə olan yanaşı xəstəliklərdən asılıdır. Əgər xolesistektomiya əməliyyatı biliar sancıya görə olunubsa PSES sindrom 5% halda, öd sancısı ilə yanaşı xəstədə qeyri spesifik ağrılar varsa PSES-in baş vermə faizi 20%-dən yuxarıdır.
Postxolesistektomik sindromu yaradan səbəblər: 1)Əməliyyatın gecikdirilməsi: bu adətən öd daşı xəstəliyi zamanı daşın öd axarına düşməsi və ya kəskin xolesistitlə ağırlaşması zamanı olur. 2)Əməliyyat önü dövrdə xəstələrin tam müayinə olunmaması, öd daşı diaqnozu ilə əməliyyata götürülən xəstədə yanaşı duodenal dəliyin stenozunun və öd axarında daralmanın və ya aktiv çapıq prosesinin olması. 3)Əməliyyat zamanı olunan cərrahın texniki səhvi (axar zədələnməsi, drenajın düzgün qoyulmaması, qoyulmuş güdülün uzun olması, daşın təmizlənməməsi əməliyyat zamanı daşın axara düşməsi) 4)Əməliyyatdan sonrakı dövrdə xəstənin həkim məsləhətinə qulaq asmaması artıq çəki, az hərəkətlilik.
PXES-in baş verməsində əməliyyat öncəsi duodenal məməciyin vəziyyəti böyük rol oynayır. Belə ki, stenozlaşan duodenal popillit (popilyar stenoz) zamanı öd axmasında problem yaranır və öd hipertenziyasına səbəb olur. Öd hipertenziyası da PXES-un baş verməsində əsas səbəbdir. İstənilən səbəbdən öd axarlarının genəlməs