
Ağızda qoxu çox geniş yayılmış problem olub, dünya əhalisinin təxminən 20/30%-i bundan əziyyət çəkir. Ağızda qoxu daima və eyni zamanda günün müəyyən vaxtında məsələn ac qarına ola bilər.Qoxunun olması çox vaxt stomatoloji və mədə bağırsaq xəstəliyinin ilkin əlamətləridir.Tibbdə ağızda qoxunun olması Qalitoz adlanır.
Qalitozun növləri:
1)Fizioloji qalitoz- Bu ağız boşluğunun fizioloji xüsusiyyəti eyni zamanda dilin arxa hissəsində olan ərpdə mikrofloranın dəyişməsi nəticəsində olur.Bu zaman diş və damaq tam sağlam olur.
2)Pataloji- Bu zaman qoxunun səbəbi ağız boşluğunda və mədə bağırsaqda olan müxtəlif iltihabı xəstəliklərdir.
3)Psevdoqolitoz-Bu zaman qoxu çox cüzi olur.Ətrafdakılar tərəfindən demək olar ki, hiss olunmur.Onu ancaq xəstə hiss edir.Bu adətən ağızda kəskin qoxu olub müalicə almış insanlarda olur.
Ağızda qoxunun səbəbləri:
Yerli səbəblər:
1)Stomotoloji problem-Qoxunun səbəbi dişdə karies və onun ağırlaşmaları.Ağız boşluğunda, xarab diş olduqda,qida qalıqlarının toparlanması nəticəsində bakteriyalar sürətlə artıb çoxalır,bu da ağızda qoxuya səbəb olur.
2)Damaq xəstəlikləri:Damağın eyni zamanda ağız selikli qişasının xəstəlikləri zamanı qoxu ola bilər.
3)Ağız boşluğunda gigiyenik qaydalara əməl olunmaması.Dişin, damaq və dilin üzərində olan ərpin vaxtında təmizlənməməsi ortodontik və ortopedik konstruksiyalar (protezlər,diz qapaqları)ağızda qoxuya səbəb ola bilər. Gigiyenik xidmət vaxtında və düzgün olmadıqda, dişlərin arasına və dilin kökünə toparlanan ərpdə qida qalıqları qalır, buda patogen mikrobların artb çoxalmasına səbəb olur.
4)Quru ağız sindromu- Bu ağızda pis qoxunun geniş yayılmış səbəbidir.Tüpürcək vəzilərindən ifraz olan tüpürcəyin azalması və ya zəifləməsi nəticəsində ağız boşluğunun təbii təmizlənməsi prosesi pozulur ki, nəticədə ağız quru olur.Patogen bakteriyalar artıb çoxalır.Ağızda quruluğun səbəbi:
1.Tüpürcək vəz xəstəlikləri.
2.Şəkərli diabet
3.Avitaminoz
4.Vəzilərin şüa zədələnmələri
5.Botulizm
6.Bəzi dərman maddələrinin qəbulu.
Ümumi səbəblər:
I)Qidanın xarakteri-Zülalla zəngin dəniz və ət məhsullarının qəbulu ağızda qoxuya səbəb ola bilər.Bu qidalardan ağız boşluğunda qələvi birləşmələr əmələ gəlir.Nəticədə ağız boşluğunda turşu qələvi nisbəti pozulur.Ona görə karbohidrat mənşəli qidaların qəbulu ağızda qoxunun azalmasına səbəb olur.
II)Soomatik xəstəliklər
1)Mədə bağırsaq sisteminin xəstəlikləri
2)Qaraciyər patalogiyaları eyni zamanda ağciyərin ağız xəstəlikləri
3)LOR orqanın xəstəlikləri
III)Hormonal dəyişikliklər:Orqanizmdə hormonların nisbətinin və miqdarın dəyişməsidə ağız suyunun tərkibinin dəyişməsinə səbəb olur. Ağız suyu qatı olur,xaric olması çətinləşir,ağız suyunda olan oksigenin miqdarının azalması, asan buxarlanan maddələrin əmələ gəlməsinə səbəb olur.
IV)Siqaret çəkmə-Siqaret çəkmə zamanı tütünün yanmasından bəzi ziyanlı maddələr əmələ gəlir ki, onların özünün spesifikliyi olur.Siqaret çəkmə ağızda quruluğa səbəb olur.
Ağız suyunda oksigenin azalması anaerob bakteriyaların artmasına səbəb olur.Ümumiyyətlə siqaret çəkmə zamanı diş daşının əmələ gəlməsi sürətlənir. Bu da damağın iltihabına sonda ağızda pis qoxuya səbəb olur.