
- Qaraciyər hemangiyoması ilk dəfə Dyunyutren tərəfindən 1816cı ildə aşkarlanmışdır.Qaraciyərin bütün xoşxassəli törəmələrinin 30-50%ni təşkil edir.Hemangiyomaların əksəri dairəvi formada kavernoz düyün olub hamar səthə mailkdir.Hemagiyomanın rəngi çox dəyişkən olub qan dövranın tipindən( arteryal yoxsa venoz) birləşdirici toxuma elemetlərinim dərəcəsindəm asılı olaraq dəyişir.Kəsikdə hemongiyoma tromblaşmış sahədən əmələ gələn qan laxtası və tək-tək kalsinatları olan sahədir.Əsasən qadınlarda müşahidə olunur.Əksərən genetik mənşəli olur.Qadınlarda rast gəlməsinin səbəbi qadın hormonlarının damar divarına təsiri ilə əlaqədardır.İkinci əsas faktor- bətndaxili dövrdə həzm orqanlarının inkişafının pozulması ilə əlaqədardır.Buna hamiləlik dövründə siqaret çəkmək,spirtli içki içmək,virus infeksiyaları,keçirilmiş venerik xəstəliklər,iş şəraitinin ziyanlı təsiri, ağır metal duzlar ilə zəhərlənmə,qarının ön divarının travmaları səbəb ola bilər.
- Qazanılmış hemangiyomaların səbəbi kəskin virus xəstəlikləri, hepatitlər,hepatoz,qanda xolesterinin yüksək olması,K vitamini çatışmamazlığı,ağır grip infeksiyasından sonra inkişaf edən damar daxılı laxtalanma sindrom,öd axar keçiriciliyinin pozulması,portal və essensial hepertenziya ola bilər.
Xəstəliyin kliniki şəkili:
- Hemangiyomalar kliniki gedişatına görə dörd qrupa ayrılır:
1)Simptomsuz
2)Ağırlaşmamış,kliniki olaraq aşkarlanan
3)Ağırlaşmış
4)Atipik maskalanmış
- Histoloji qurluşuna görə hemangiyomanın 3tipi var:
1)Kapilyar (xırda damarlarda qalınlaşmış stroma hesabına)
2)Skippoz (genəlmiş damarda stromanın fibrozlaşması hesabına)
3) Kavernoz (böyük damar lakunasının nazik fibroz pərdələrlə bölünməsi)