
Qoruyucu peyvəndlər əvvəllər Hepatit B xəstəsi olan insanın qanından hazırlanırdı.Sonradan QİÇS xəstəliyinə aid aparılan araşdırmalardan sonra plazma mənşəli qoruyucu peyvəndlərin istifadəsinə tam qadağa qoyuldu.1980-ci ildən etibarən Gen Mühəndisliyi sahəsində maya göbələyi və bakteriyalardan alınan peyvəndlərdən istifadə olunmağa başlandı.Bu peyvəndlərin içərisində canlı virus yoxdur.
Hepatit B peyvəndləri bütün yaş qruplarında 3 dəfə 0-1-6 aylar üzrə aparılır.Hamilə qadınlara peyvənd olunması vacib deyil.Əgər peyvənd olunarsa da riski yoxdur.Hamilə qadının hepatit B-yə yoluxma riski yüksək olarsa peyvənd vurula bilər.Peyvənd olunmuş analardan uşaqlara südün verilməsi qorxulu deyil.Doğuş əsnasında hepatitli anadan doğulan uşaq həm uşaqlıq yolu mayesi,həm də plasentar qan ilə yoluxa bilər.Təzə doğulmuş uşaqlara da peyvəndləmə 0-1-6 aylarda 3 dəfə aparılır.Peyvəndin qoruyuculuğu 95 %-dir.Nadir hallarda 3 iynədən sonra qoruyuculuq əmələ gəlməyə bilər ki, bu zaman təkrar 3 dəfə peyvənd vurulur.
Peyvənd olunmuş insanlar 5 il ara ilə yoxlanılır.Onlara AntiHBs müayinəsi aparılır.AntiHBs göstəricisi 10 vahiddən aşağı düşmüşsə tək 1 doza yenidən vurulur.
Hepatit B virusunun aşkarlanmasından 6 aydan çox vaxt keçirsə buna xroniki B hepatiti deyilir.
Xroniki B hepatiti ən çox gizli (latent) və subklinik seyr edilən aktiv B hepatitdən sonra qoyulur.Aşağıdakı xüsusiyyətləri vardır:
1)Aktiv B hepatiti kişilərdə daha çox xronikləşir
2) Yenidoğulmuşlarda və uşaqlarda B infeksiyasının xronikləşməsi daha sürətli gedir.
3) Hemodializ xəstələrində və immunesupressiv dərman qəbul edən şəxslərdə xəstəlik ağır gedişli olur.
Xroniki Hepatit B klinik gedişinə görə 3 yerə bölünür:
1)Klinik latent gedən HBsAg dayışıcılığı
Bəzi ədəbiyyatlarda buna sağlıqlı B daşıyıcılığı da deyilir.Bu xəstəlik tam asimptomatik gedişə malikdir.Qaraciyər biopsiyasında heç bir dəyişiklik aşkar olunmur,qaraciyər testləri norma daxilində olur.
2)Xroniki persistə edən B hepatiti
Proqnozu çox yaxşıdır.10-20 il ərzində də klinik aktivlik göstərməyə bilər.Xəstələrdə halsızlıq və sklerada sarılıq görünə bilər.Hepatomeqaliya baş verir,sirrotik dəyişikliklər müşahidə olunmur.