
Hepatit C virusu ilk dəfə 1989-cu ildə hepatit B-dən 26 il sonra aşkar olunmuşdur. Başlanğıcda kəskin hepatit C kimi başlayan xəstəlik sonradan səssiz inkişaf edərək qaraciyər serrozu və qaraciyər xərçəngi ilə nəticələnə bilər.
Xəstəliyin törədicisi HCV virusudur. Öncə buna nə A və nə B hepatiti,sonra da posttransfuzion hepatit deyilirdi.
Xəstəliyin diaqnostikası qanda anti HCV yəni hepatit C antikorları aşkarlanaraq qoyulur. HCV RNA (PZR) anlizində virusun olması təsdiqlənir. Bəzən bir kimsədə əslində HCV yəni C virusu olmadığı halda yalnış olaraq pozitiv görünə bilər. əgər bir kimsənin bədənində parazit varsa anti HCV pozitivliyi görülə bilir. Indi tam tərsi bir duruma baxaq. Bir kimsədə hepatit C (+) pozitiv olsa belə və bu kimsə kortizon tədavisi alırsa yalançı anti HCV neqativliyi görülə bilir. Həmin xəstədə EBV (Epp bari virusu) olsa belə neqativ göstərəcəkdir. Məhz buna görə hepatit xəstəliyinin olub olmamasını təsdiq etmək üçün HCV RNA (PZR) analizi verilir. Bəzən HCV RNA analizi də yalançı pozitiv və ya neqativ ola bilir. Bu dəyişik göstərici aşağıdakı halda ola bilər.
• Ya serum düzgün saxlanmayıb
• Ya reaktiv maddə düzgün qorunmayıb
• Qanda HCV RNA (PZR) qarşı bir ingibitor maddə gəlmişdir.
Günü bu gün hepatit C xəstəliyinin diaqnozunun təsdiqlənməsində HCV RNA (PZR-Polimeraz zəncirvari reaksiya) yeganə laborator müayinədir.