
Öd kisəsinin və Oddi sfinkterin funksional pozğunluğu- müxtəlif səbəbdən öd kisəsi və öddi sfinkterinin müştərək fəaliyyətinin pozulması nəticəsində olan funksional xəstəliyə deyilir.
Öd kisə və sfinkter Oddinin müştərək fəaliyyəti nəticəsində öd kisəsində yığılmış öd və mədəaltı vəzi sekreti 12 barmaq bağırsağa tökülür. Bu akt eyni zamanda qaraciyərdə əmələ gələn öd, mədəaltı vəzi sekretinin əmələ gəlməsindən və mədə bağırsağın hərəkəti aktivliyindən asılıdır. Bu komponentlərdən istənilən birinin funksiyasının pozğunluğu qarının yuxarı hissəsində sancı şəkilli ağrıların əmələ gəlməsinə, qaraciyər fermentlərinin aktivliyinin artmasına, ümumi öd axarının genəlməsinə? pankreatik fermentlərin aktivliyinin artmasına səbəb olur.
Bu pozğunluqların səbəbi struktur ( öd axarının və sfinkter Oddinin stenozu) və funksional ola bilər. Hər iki səbəb zamanı öd kisə sfinkter Oddi arasında olan neyroendokrin tənzim pozulur.
Ödün bağırsağa tökülməsi öd kisəsinin aktiv yığılması və sfinkter Oddinin boşalması nəricəsində baş verir.
Xolesistokinin əsas hormonal requlyator olub öd kisənin yığılmasını və sfinkter Oddinin boşalmasına səbəb olur.
Xolesistokinin ifrazının azalması və reseptor hissiyatının enməsi ödün 12 barmaq bağırsağa tökülməsini əngəlləyən faktorlardır.
Etioloji faktordan asılı olmayaraq bu pozğunluqlar 2 yerə bölünür:
1) Öd kisə disfunksiyası
2) Oddi sfinkterin disfunksiyası
Öd kisəsinin və sfinkter Oddinin funksional pozğunluğunun diaqnostik kriteriyaları :
1) Epiqastral nahiyə olan və qarının sağ yuxarı kvadratına yayılan ağrılar.
2) Ağrıların 30 dəqiqədən çox davam etməsi.
3) Müxtəlif intervallarla simptomların residivləşməsi.
4) Ağrıların daima artan templə artması.
5) Defekasiyadan sonra ağrıların keçməməsi.
6) Bədən vəziyyətinin dəyişməsinin ağrıları yüngülləşdirməməsi.
7) Antosidlərin ağrılara təsir etməməsi.
8 Ağrılar zamanı ürək bulanma və qusmanın olması.
9) Ağrıların sağ kürək və çiyin nahiyəsinə yayılması.
10) Gecə ağrıların müşahidə olunması