
Kəskin hepatit C infeksiyasında virus alındığdan sonra inkubasion (gizli) dövr ortalama 5-12 həftədir. Xəstələrin 80%-də hər hansı simptom olmaya bilər. Əsas şikayətlər iştah pozğunluğu, halsızlıq, abdominal (qarın) rahatsızlığı, ürək bulanma, qusma, subfebril temperature, yorğunluqdur. Sarılıq xəstələrin 25%-də görülə bilər. Yuxarıda saydığımız şikayət 2-12 həftə davam edə bilər.
Kəskin hepatit C xəstəliyin seyri dəyişkəndir. Serum ALT (alanin aminotransferaza) göstəricilərin yüksək olması ən önəmli kliniki əlamətdir. Sağalma zamanı ALT göstəriciləri normaya dönə bilər. Aktiv hepatitlərin 15-20% xronikləşmədən tamamən sağalırlar.
Kəskin hepatit C xesteliyini dəyərləndirmədə istifadə olan testlər HCV RNA, anti HCV, ALT və AST göstəriciləridir. HCV infeksiyasında laborator göstəricilərin sıralanması belədir: HCV RNA pozitivləşməsi, ALT; AST yüksəlməsi və AntiHCV pozitivləşməsi. Xəstələrin çoxunda HCV RNA pozituvləşməsi infeksiyona yoluxmadan 1-2 həftə sonra olur. ALT; AST düzeyləri infeksiyondan 4-12 həftə sonra yüksəlir. Anti HCV özəlliklə 8 həftə sonra pozitiv hala gəlir.
Xroniki hepatit C infeksiyonu xəstəliyin 6 aydan çox davam etməsinə deyilir.
Xroniki hepatit C qaraciyər sirrozunun ən önəmli səbəblərindəndir. Siroz gəlışmə riski 20-25%-dir. Xəstələrin 5-10%-də qaraciyər xərçəngi müşahidə olunur.
HCV infeksiyonunda hemotologi, dermotologi, böyrək pozğunluqları, otoimmun dəyişikliklərlə yanaşı nevrologi şikayətlər də müşahidə olunur.
Halsızlıq xronik hepatit C xəstələrin 53%-də rast gəlinən şikayətdir. Xəstələrin 19-25%-də fibromialgiya vardır. Oynaq ağrıları 20% halda müşahidə olunur.
HCV ilə yoluxmuş xəstələrdə halsızlıq, iştahsızlıq, diqqət və psixologi pozğunluqlar ən sıx görünən nevroloji şikayətlərdir