
Qeyri infeksion hepatitlər
Hepatit qaraciyərin iltihabi xəstəliyidir. Əgər iltihabi prosesin müddəti 6 aydan azdırsa kəskin, 6 aydan çoxdursa buna xroniki hepatit deyilir.
Adətən kəskin hepatitlər tam sağalma ilə nəticələnir. Bəzi hallarda isə xəstəlik xronik formaya keçir və illərlə davam edir nəticədə qaraciyər sirrozu və xərçəngi ilə nəticələnir.
Başlanğıc dövrdə hepatitli xəstələrin heç bir şikayəti olmur. İlkin əlamətlər qeyri spesifik olur ki, xəstələr çox vaxt digər ixtisas həkimlərinə müraciət edirlər. Simptomların intensivliyi hepatitin səbəbindən, pataloji prosesin aktivlik və müddətindən asılı olur.
Hepatitin əsas simptomları aşağıdakılardır.
1) Halsızlıq, tez yorulma
2) Dəri və sklerada olan sarılıq
3) Oynaq və əzələlərdə olan ağrılar
4) Iştah pozğunluğu
5) Ürek bulanma, qusma, qarında olan ağırlıq hissi
6) Subfebril temperatur
7) Köp, ümmu narahatçılıq
Hepatitin səbəbi müxtəlif səbəblər ola bilər. Hepatitlər infeksion və qeyri infeksion olmaqla 2qrupa bölünür. İnfeksion hepatitlər içərisində əsas yeri virus hepatitlər tutsa da, bununla yanaşı digər infeksion hepatitlər var ki, onları da bakteriya və parazitlər törədir.