050/055 - 323 73 97 Menu

Hepatoloq DR.Tofiq Əkbərov
Sosial media hesabları

Hepatit C xəstəliyi virus mənşəli infeksion xəstəlik olub əsasən qan və infeksiyalaşmış qanla bulaşmış vasitələrlə yayılır. Əsas yoluxma yolları aşagıdakılardır:
1) parenteral yoluxma (transfuzion güvənli olmayan inyeksiyonlar, plazma alıcıları, hemodializ)
2) Damar daxili dərman alanlar
3) Nozokomiyal (xəstədən xəstəyə və ya doktora, doktordan xəstəyə)
4) Vertikal yoluxma (anadan uşağa)
5) Cinsi yolla yoluxma
6) Xəstəxana işçiləri (xəstədən tibb işçisinə iynə batması)
7) Və digər yollarla ( burun daxili kokain qəbulu, kosmetik və piersing, kəsmə və sünnət kimi işləmələr, akupunktur, döymə)
Parenteral bulaşma ümumi yoluxmanın 3/2-ni təşkil edir. Ən önəmli yoluxma yolu qan transfuzyonudur ki, burada yoluxma riski 100%-dir. 1990-cı ildən sonra transfuziya olunan qan və qan vasitələrinin eyni zaman da donorların Hepatitlər və HİV infeksiyasına görə ciddi araşdırılması bu yoluxma faizini azaltmışdır. Çox sayda transfuzion HCV yoluxma riskini artırır. İtaliya da 1000 talasremik xəstə də anti HCV pozitivliyi 60% olmuşdur. İnkişaf etmiş ölkələr də qan donorlarının ciddi yoxlanılması qan transfuzyon yoluxma faizini sıfıra yaxınlaşdırır.
Hemodializ xəstələrin də yoluxma riski 20-50% arasın da dəyişir. Belə xəstələrdə yoluxma təkcə qan transfuzyonu ilə əlaqədar deyil eyni zaman da inyeksiyon kontrolun yetərsiz olması ilə əlaqədardır.
Orqan transplantasyonun da alıcılar HCV infeksiyonu baxımından yüksək risk qrupu sayıla bilər. Transplantasyon zamanı köçürülən orqan da HCV infeksiyonun olması yoluxmaya səbəb olur. Orqan köçürülməsi zamanı orqan vericidə təkcə Anti HCV baxılması yetərli deyildir. Mütləq HCV RNA da yoxlanılmalıdır. Günümüz də qan donorlarının anti HCV testiylə yoxlanması sümük iliyi transplantasyonun da yoluxma riskini 14%-dən 1,6%-ə düşürmüşdür.
Anti HCV pozitiv donorlardan seronegativ alıcılara köşürülən böyrək, qaraciyər, ürək transplantasyonun da risk olduğca yüksəkdir 80-90%-ə bərabərdir.
Keçmişdə xəstəxana da yatmaq HCV infeksiyonu üçün bir risk faktoru olub. O dövr də yoluxma riski 20% olub. Hal hazır da bu 0%-ə bərabərdir. Bu göstəricilərə baxmayaraq hal-hazırda doktordan xəstəyə və ya əksinə xəstədən doktora hələ də rast gəlinməkdədir.
Bəzi ölkələrdə steril olmayan iynələrlə edilən inyeksiyon və eyni zaman da qeyri isteril şəraitdə edilən damar daxili infuziyalar yoluxmaq üçün yüksək risk daşımaqdadır. Dünyanın müxtəlif yerlərindən 148 ölkədə toplam 16 milyon insan dərmandan asılı vəziyyət də olub ozləri-özlərinə dərmanı inyeksiya şəklin də vururlar ki, bunların da 1 milyonu HCV ilə yoluxanlardır. Avropa ölkələrin də damar daxili inyeksiya qəbul edənlər arasın da yoluxma riski 30%-80% arasın da dəyişməkdədir.
Vertikal yoluxma (anadan uşağa) az rast gəlinir. Yalnız yüksək viremisi olan analarda yoluxdurma riski yüksəkdir. Vertikal keçişin doğum kanalından olması düşünülür.
Cinsi yolla yoluxma riski aşağı olsa da əfsuslar olsun ki, mümkündür. Sperma da HCV RNA sayı aşağı olub 200kop/ml yaxındır. Ailə içərisində yoluxma riski 0,23-0,5%-dir ki, bu da daha çox vaginal zədələnmələr zamanı olur. Hetereseksual qruplar da yoluxma riski aşağıdır. HİV pozitiv kişilər arasın da yoluxma riski yüksəkdir. Eyni evdə yaşayan ailə üzvləri arasın da yoluxma riski 2-4%-ə bərabərdir.
Bu xəstəliyə qarşı qoruyucu peyvəndin olmaması səbəbindən hələ də yoluxmuş xəstələrdən tibb personalına yoluxma halları rast gəlinir. Burada ən önəmli olan çirklənmiş iynə batmasıdır ki, bu yoluxma riski 5-10% arasın da dəyişir.
Burun daxili dərman qəbulu, bəzi kosmetik müdaxilələr, piersing, steril olmayan alətlərlə olunan sünnət, döymələr, akupunktur, xəstəxandan kənar qeyri steril şərait də olunan abort və digər kiçik cərrahi müdaxilələr də yoluxma riskini artırır. Döymələr də (tatu) HCV infeksiyonuna yoluxma üçün yüksək risk qrupuna aiddir. 

12.12.2021
Son xəbərlər

Müsahibə - "Unikal.az"

Ətraflı

Qaraciyər niyə böyüyür?

Ətraflı

Qaraciyər və dərmanlar

Ətraflı