050/055 - 323 73 97 Menu

Hepatoloq DR.Tofiq Əkbərov
Sosial media hesabları

Nozokamiyal yoluxma: Bu yoluxma yolu dedik də sağlıq baxımı ilə ələqədar olaraq xəstəxana xəstəxana daxili və xəstəxanadan kənar şəraitdə olan tibb personalı tərəfindən xəstədan xəstəyə və ya xəstədən tibb personalına keçmə başa düşülür. Yoluxma xəstədən xəstəyə və ya xəstədən tibb personalına infeksiyalaşmış iynə və ya kəsici, deşici vasitələrlə olur.
Xəstəyə tibbi xidmət göstərən tibb işçiləri özəlliklə cərrahlar, pataloqlar, tibb bacıları, diş hakimləri, təcili yardımda çalışanlar, iynə və peyvənd otağı işçiləri, eyni zaman da analizlər üçün qan götürən və transfuziya otağın da çalışanlar yüksək risk sahibidirlər. Xəstələrdən tibb işçilərinə yoluxma, tibb işçilərindən xəstələrə yoluxmadan daha çoxdur. Yoluxma əsasən aseptik şərtləri gözləmədən olan inyeksiya və müdaxilələr zamanı olur. Nozokomiyal yoluxma cərrahlar da daha çox cərrahi tikişlər zamanı, cərrah və ya tibb bacısındakı tibbi əlcəklərin cırılması nəticəsin də olur. Eyni zaman da bu yoluxmaya diabetik xəstələrdə şəkər ölçən aparatların subdermal iynələri ilə olan yoluxmalar da aiddir Məhz buna görə də qan və qan vasitələri ilə kontakt da olanlar və bütün bütün tibb personalı HBV-na görə mütləq peyvənd olunmalıdır.
Transplantasyon əməliyyatı planlaşdırılan xəstələr eyni zaman da orqan vericilər də HBs Ag yönündən ciddi araşdırılmalıdır. Orqan donorlarında Anti HBc testinin aparılması mütləqdir.
Cinsi yolla yoluxma: HBV –nun tək qanda deyil eyni zaman da tüpürcək və spermada aşkar olunması cinsi yolla yoluxma riskinin olmasını göstərir. Genital sekresyonlar da virus qandakı qədər olmasa da yoluxmaya səbəb ola bilər. Homoseksual əlaqə ən riskli yoluxma yoludur. Özəlliklə rectal selikli qişada olan travmalar da qan və sperma ilə yoluxma riskini artıran faktorlardır. 

12.12.2021
Son xəbərlər

Müsahibə - "Unikal.az"

Ətraflı

Qaraciyər niyə böyüyür?

Ətraflı

Qaraciyər və dərmanlar

Ətraflı