
Parenteral (perkutan) yoluxma: HBV –nun parenteral yoluxması dedikdə damar içi tranfuziya və infeksiyonlar, dializ, akupunktur, döymə, manikur, pedikur, qeyri steril şəraitdə olunan sünnət və istər böyük istər kiçik olan cərrahi və ginekoloji prosedurlar ( abort) və müdaxilələr nəzərdə tutulur. Amerika və Avropa da damar içi yoluxma HBV-ilə 23%təşkil edir. Son zamanlar qan və qandan hazırlanmış vasitələrin, eyni zamanda qan donorlarının ciddi yoxlanılması damar içi yoluxma riskini azaltmaqdadır. Hemafiliya və talassemiya olan xəstələrə çoxlu transfuziya olduğu üçün bu xəstələrdə yoluxma riski çox yüksəkdir. Bu riskin düşürülməsi üçün donor qanlarının və ondan hazırlanmış plazma və qan kütlələrinin ciddi ikili testlə yoxlanılması və nukleik asit testlərinin aparılması düşünülmüşdür. Əgər ABŞ-da post tranfuzyon hepatit sayısı bir milyon qanda 4-isə, Çin də bu sayı 17,500-dür.
12.12.2021