
Horizontal yoluxma: Ailə içərisində yaxın təmasla olan yoluxmadır. Ən çox uşaqlarda dəri və selikli qişa da olan zədələnmələr və kiçik yaralanmalar zamanı rast gəlinir. Ailə içində istifadə olunan diş fırçası, üz qırxma aparatı, hamam ləvazimatları, dırnağ qayçısı, dəri tamlığını poza bilən daraq və oyuncaqlar ilə yoluxma mümkündür. Məhz buna görə ailədə HBV virusu olan kimsə varsa onun istifadə etdiyi istınilən dəri və selikli qişa tamlığını pozan vasitə ayrılmalı və təsadüfi yoluxmanın qarşısının alınması üçün uşaqlardan uzaq tutulmalıdır.
12.12.2021Son xəbərlər