050/055 - 323 73 97 Menu

Hepatoloq DR.Tofiq Əkbərov
Sosial media hesabları

Hepatit B xəstəliyi Hepadnaviridae ailəsindən olan Hepatit B virusu tərəfindən törədilir. Hepatit B xəstəliyi infeksiyalaşmış vücud mayeləri və təmas yoluyla insandan insana yoluxur. Qan, bulaşmada əsas rol oynasa da tüpürcək və sperma da yoluxma vasitəsidir.
Hepatit B xəstəliyinə yoluxmada 3 əsas yol vardır.
1) Perinatal (hamiləlik zamanı)
2) Seksual (cinsi yol)
3) Parenteral (perkutan)
Bunlardan Perinatal yoluxma yolu yoluxmanın yüksək olduğu epidemik bölgələrdə qarşımıza çıxar.
Perinatal yoluxma: HBV infekasiyonunda bu yoluxma hamiləlik dövründə daşıyıcı anadan uşağa keçmə yoludur. Özəlliklə bu yolla yoluxma infeksiyon prevalansının yüksək olduğu Çin və Güney Asiya kimi ölkələr də daha çox müşahidə olunur. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, HBs Ag (+) pozitiv HBe Ag (-) negativ anadan uşağa yoluxma riski 10-30 % isə, HBs Ag (+) pozitiv və Hbe Ag (+) 70-90 %-dir. HBV yoluxmuş anadan uşağa keşmənin 3 yolu vardır.
1-ci yol- ana bətnindən transplasentar yoluxma.
2-ci yol -doğum əsnasında perinatal yoluxma.
3-cü yol- son yol isə baxım və süd vermə sırasında olan postnatal yoluxmadır.
Birinci transplasentar yol antenatal oldugu üçün peyvənd və hiperimmunoglobulin bu yoluxmanın qarşısını ala bilməz. Çində aparılan epiodemiologi çalışmalarda HBs Ag (+) pozitiv analardan yoluxma 3,7-9,9% isə HbeAg(+) pozitiv analarda bu 9,8-19%-dir. HbeAg pozitivliyi və ağırlaşmış hamiləliklər keçmə riskini artıran faktorlardır.
HBV-nun transplasentar keçməsi iki mexanizma ilə gerçəkləşir:
1- Hemotogen yol: hamiləlik öncəsi keçirilmiş olan abortlar plasental mikrovaskulyarizasiyanı pozduğu üçün bu durumda ana qanındakı yüksək miqdarda HBV-nun fetal dolaşımına səbəb olur.
2-Sellüler transfer yolu: bu zaman yüksək miqdarda qanda olan HBV virusu plasentar mayeyə keçir, ardından kapilyar endotel hücrələrdəki viluslar yoluyla HBV dölün sirkurlasyonuna keçir. Yenidoğan və bir yaşından kiçik uşaqlar üçün infeksiyonun xronikləşməsi 90%-dir. Yüksək xronikləşmənin səbəbi transplasentar yolla keçən Hbe Ag –nın dölün immun sistemində HBV-na qarşı tolerans oluşdurmasıdır.
Perinatal yoluxmanın qarşısının alınmasında aktiv və passiv immunizasyonun aparılması yeganə qorunma yoludur. Ancaq viral yükü yüksək və Hbe Ag (+) pozitiv analarda vurulan peyvənd Hepatit B hiperimmunoglobulinə baxmayaraq uşağa keçmə riski 10%-dən yüksəkdir. Buna görə yüksək viral yükü olan və Hbe Ag (+) pozitiv hamilələr də aktiv passiv immunozasyonla yanaşı viral yükün düşürülməsi üçün antiviral dərmanların verilməsi barədə düşünmək lazımdır.
HBV daşıyıcı hamilələrin doğum yolu ilə uşağı yoluxdurması ilə bağlı bir çox çalışma vardır Kesarye ilə olan doğumun virusun anadan uşağa keçməsinin qarşısının alınması barədə dəqiq bir bilgi yoxdur. Eyni zamanda ana südü ilə qidalanma zamanı da HBV-nun yoluxması barədə aparılan bir çalışmada (147 uşaqda ) HBV infeksiyonlu anadan uşağa virusun keçməsi rastlanmamışdır. Ancaq süd verən analar da süd vəzisində olan qanama və çatlar, eyni zamanda uşaqda ağzın selikli qişasında olan zədələnmələr mütləq nəzərə alınmalıdır. 

12.12.2021
Son xəbərlər

Müsahibə - "Unikal.az"

Ətraflı

Qaraciyər niyə böyüyür?

Ətraflı

Qaraciyər və dərmanlar

Ətraflı