050/055 - 323 73 97 Menu

Hepatoloq DR.Tofiq Əkbərov
Sosial media hesabları

Hepatit G-qaraciyərin iltihabı xəstəliyi olub,hepatit C kimi flavivirus ailəsindən olan RNT tərkibli virus tərəfindən törədilir.
Xəstəlik parenteral yolla yayılır.Araşdırmalar zamanı məlum olmuşdur ki,hemotransfuziya olan və parenteral anamnezli insanlarda HGV-aşkarlama faizi daha yüksəkdir.Damar daxili narkotik istifadə edənlərdə 24% hallarda virus aşkar olunur.
Xəstəliyin eyni zamanda cinsi və vertikal yolla yoluxması barədə də faktlar vardır.Cinsi yolla yoluxan xəstələrin içərisində ümumui xəstələrin 9-12%-də Hepatit G aşkar olunur.Xəstəliyin vertikal yolla yoluxması barədə hal-hazırda alimlər tərəfindən öyrənilir.
HGV-pozitiv doğulan uşaqların 33-50% də virus aşkarlanır və Hepartit C-dən fərqli olaraq virusun uşağa keçməsi RNT HGV-nin titrindən asılı deyil.Araşdırmalar zamanı məlum olmuşdur ki,cərrahi müdaxilə ilə doğulan uşaqlarda RNT HGV neqativ olduğu halda,təbii doğuşla doğulan uşaqlarda ilk həftədən RNT HGV neqativ olsa da bir müddət sonra pozitiv olmuşdur.
HGV virusu cift qanında aşkar olunmamşdır.Buradan bu nəticəyə gəlirik ki,xəstəlik əsasən anadan uşağa intranatal və postnatal yolla ötürülür.
Narkomanlarda hər üç xəstədən birində HGV aşkarlanır.Əksər hallarda da HGV tək yox,digər viruslarla (HCV və QİÇS) koinfeksiya şəklində olur.Xəstəliyin klinik şəkli özünü həm kəskin hepatit şəklində həmdə simptomsuz daşıyıcı kimi göstərə bilər.Məlum olmuşdur ki,xəstəliyin 75% hallarda klinik və biokimyəvi əlaməti olmur.
Nəmalum mənşəli kəskin və xroniki hepatitli 35 uşaqda araşdırmalar aparılmış və təkrar yoxlanma zamanı 5 uşaqda Hepatit G aşkar olunmuşdur.Bu uşağın 3-də kəskin,2-də isə xroniki hepatit olunmuşdur.
Hepatit G virusu çox vaxt digər Hepatit B və hepatit C ilə koinfensikya şəklində olur.Xəstəlik əsasən sarlıqla müşahidə olunur.Xəstəlik kəskin başlayır,yüksək tempratur müşahidə olunur.Xəstələrdə ürək bulanma,qusma,epiqastral ağrılar ola bilər.Qaraciyər və dalaq böyümüş olur.
Laborator müayinələr zamanı transminazalar yüksəlmiş,bilurubin zəif artmış(əsasən birləşmiş hesabına) olur. Seroloji müayinə zamanı qanda RNT HGV aşkar olunur.
Bəzi hallarda xəstəlik subfebril temperatur və ümumi halsızlıqla, iştah pozğunluğu ilə gedir. Təsadüfi yoxlanış zamanı qanda RNT HGV aşkar olunur.
Xəstəliyin diaqnostikası əsasən virusun (RNT HGV) PZR müayinəsi ilə aparılır.
Digər diaqnostik yoxlama – HGV virusun səthi glikoprotein antitelinin – E2 HGV aşkar olunmasıdır.

12.12.2021
Son xəbərlər

Müsahibə - "Unikal.az"

Ətraflı

Qaraciyər niyə böyüyür?

Ətraflı

Qaraciyər və dərmanlar

Ətraflı