050/055 - 323 73 97 Menu

Hepatoloq DR.Tofiq Əkbərov
Sosial media hesabları

Hepatit B virusu qan , cinci təmas və infeksiya yoluxmuş anadan, eyni zamanda qan bulaşmış vasitələrlə yoluxduğu üçün bu xəstəikdən ciddi qorunmaq lazımdır. Qoruyucu vasitələrdən ən əsası Hepatit B-ə qarşı peyvənd olunmasıdır.
1996-cı ilə qədər Hepatit B-ə qarşı plazma mənşəli peyvəndlərdən istifadə olunurdu. Sonra da QİÇS xəstəliyinin virusu aşkar olunduqdan sonra plazma mənşəli peyvəndlərə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qədağa qoyulduqdan sonra rekonbinan peyvəndlərdən istifadə olunur.
Hepatit B peyvəndi 20 yaşdan yuxarı şəxslərə 20 mq, 19 yaş və kiçiklərə 10 mq dozalarla aparılır.
Standart Hepatit B peyvəndi 0-1-6 aylarda olmaq üzrə 3 dəfə aparılır.
Infeksiya ilə yoluxma riski yüksək olanlar da isə 4 dəfə 0-1-2-12 aylarda vurulur.
Hepatit B peyvəndinin digər peyvəndlərlə vurulması onun təsirini azaltmır. Ona görə də Hepatit B anadan doğulan uşaqlara ilk 24 saat ərzində həm Hepatit B peyvəndi, həm də Hepatit B-ə qarşı immunoqlobulin vurulur.
Xəstəliyin geniş yayıldığı endemik ölkələrdə və HBV DNA göstəricinin yüksək olduğu xəstələrdə ilk peyvəndin vurulması kritik önəm daşıyır. HbsAg pozitiv olan analarda HBeAg də pozitivdirsə ilk doz peyvənd vurulmasa ilk 4-8 həftə ərzində 90% halda virusa yoluxurlar. Buna görə bütün qadınlar hamiləlik dövründə HbsAg müsbətdirsə HbeAg mütləq yoxlanmalıdır. HbsAg pozitiv analardan olan uşaqlara ilk 12 saat ərzində ilk doz peyvənd və HBİG vurulmalıdır.
Peyvənd aşağıdakı qaydada aparılır.
1. 3 doz vurulan veyvənd planı: İlk doz doğumdan sonra, ikinci və üçüncü peyvəndlər difteriya+tetanus+göy öskürək peyvəndinin birinci və üçüncü dozuyla birlikdə verilir.
2. 4 doz vurulan peyvənd planı: Hepatit B peyvəndinin birinci dozundan sonra qalan üç doz isə digər peyvəndlərlə birlikdə olunur.
Çəkisi <2000 qr olan uşaqlarda doğumdan sonra vurulan peyvənddən əlavə 3 dəfə də peyvənd vurulur.
HbsAg pozitiv anadan doğulan uşaqlara peyvənd planı tamamlandıqdan sonra uşaqda 9-18 aylarda HbsAg və Anti HBs yoxlanmalıdır. HBİG verilən uşaqlarda Anti HBs pozitiv ola biləcəyindən testlər 9 aydan öncə aparılmalıdır. Anadan passiv olaraq keçən Anti Hbe 24 aya qədər uşaqda aşkar oluna bildiyi üçün uşaqlarda bu testin aparılması önəmli deyil.
HbsAg neqativ, Anti HBs > 10 ml U – ml isə bəbək qorunmaqdadır. Başqa müdaxiləyə ehtiyac yoxdur.
HbsAg neqativ, Anti HBs < 10 ml U – ml isə bəbəyə təkrar 3 doz peyvənd vurulmalıdır. Son peyvənddən 1-2 ay sonra təkrar test edilməlidir.
Bəbəkdə HbsAg pozitivdirsə uyğun şəkildə izlənilməlidir. Əgər doğumdan sonra peyvənd olunmamışsa bütün uşaq və gənclər hepatit B-ə qarşı peyvənd olunmalıdırlar. Böyüklərdə hepatit B peyvəndi HBV infeksion riski daşıyan və HBV infeksiyasından qorunmaq üçün hamıya vurulmalıdır. Böyüklərdə standart peyvənd planı 0-1-6-ı aylar üzrə aparılır. Peyvənd planı pozularsa yenidən başlanmaya ehtiyac yoxdur. Əgər II dozadan sonra fasilə verilibsə II peyvənd vurulur. 2 və 3 –cü peyvənd arası müddət ən azı 8 həftə olmalıdır. Əgər 3-cü doza gecikdirilibsə müddətdən asılı olmayaraq 3-cü iynə vurulur və test aparılır. Amerikada yüksək riski olan insanlara 1 ay içərisində tamamlanan sürətlənmiş peyvənd planı aparılır. Sürətlənmiş peyvənd planında peyvənd 0-7-14-cü günlərdə uzun müddətli qoruyuculuq saxlamaq üçün əlavə 6 aydan sonra 1 dənə peyvənd olunur.

12.12.2021
Son xəbərlər

Müsahibə - "Unikal.az"

Ətraflı

Qaraciyər niyə böyüyür?

Ətraflı

Qaraciyər və dərmanlar

Ətraflı