050/055 - 323 73 97 Menu

Hepatoloq DR.Tofiq Əkbərov
Sosial media hesabları

Lambliya qurd deyil, o tək hüceyrəli parazitdir. Çoxları onu qurd kimi tanıdığına görə, lambliya haqqında məlumatı ən geniş yayılmış qurdlarla bir yerdə veririk.

Lambliyaların xəstəlik törədən vegetativ formaları 12 barmaq bağırsaqda və nazik bağırsağın yuxari hissələrində yaşayirlar. Onlar bağırsağın səthinə yapışıb, qidalanırlar, çoxalırlar. Miqdarları milyardlarla olur. Çox olduqlarına görə, bağırsağın səthini örtürlər, zədələyirlər. Nəticədə, qidanın həzmi, mənimsənməsi, vitaminlərin, mineralların qana sorulması pozulur.

Lambliyalar ödün və mədə altı vəzin şirəsinin 12 barmaq bağırsağa axmasına da mane olurlar. Ona görə də, öd kisəsində durğunluq və öd daşları əmələ gəlməsinə şərait yaranır.

Nazik bağırsağın aşağı hissəsində lambliyalar xəstəlik törətməyən sist (yumurta) formasına keçirlər. Sistlər ziyan vermədən, nəcislə xaric olurlar. Onlar nəmli yerlərdə 3 həftə, suda isə 2 ayadək yoluxucu qalırlar. Hətda xlorlanmış suda sistlər 72 saat sağ qalırl. Quru yerlərdə, o cümlədə quru qida məhsulları üzərində 2 sutka yoluxucu olurlar.

Yoluxma sistlərin udulması nəticəsində olur (tozdan, natəmiz əllərdən, çirklənmiş su və qida məhsullarından, yaxşı yuyulmamış qablardan və s.).

Lambliyaya cinsi yolla da yoluxmaq olur (rektal-oral seks). Ona görə də lamblioz ən geniş yayılmış xəstəliklərdəndir.

Hesab edilir ki, xəstəlik yaranması üçün 100-ə yaxın sist udulmalıdı.

Lambliozun hansı əlamətləri ola bilər?

Xəstələrdə əsasən çəkilərinin artmaması, arıqlama, ağızda acılıq, nəfəsdə və nəcisdə pis qoxu, selik axma, diş qıcama, öyümə, qusma, bağırsaq pozulması, allergiya, giyişmə, saçların tökülməsi, baş ağrıları olur.

Lambliyaların törətdikləri vitamin çatışmamazlığı və qan azlığı nəticəsində bütün orqanların fəaliyyəti pozula bilər, bir çox xəstəliklər yarana bilər, məsələn dərinin quruması, çatlaması, gözlərin zəyifləməsi, aybaşı pozulması, kişi və qadın sonsuzluğu, uşaq salma və s.

Hər kəsin lambliyalara özünə məhsus reaksiyası var. Kimdəsə əlamətlərin biri-ikisi, başqasında isə daha çoxu ola bilər. Əlamətlərin ifadə dərəcəsidə mühtəlif olur. Bəziləri heç nədən şikayət etmirlər, lakin onlar yoluxma mənbəyi kimi başqaları üçün təhlükəlidirlər.

Lambliyalar mühtəlif əlamətlər, xəstəliklər törədiklərinə görə, xəstələr mühtəlif ihtisaslı həkimlərə müraciyyət edirlər: terapeft, pediatr, qastroenteroloq, endoskopist, dermatoloq, allerqoloq, qinekoloq, okulist və s.

Təəssüf ki, əksər həkimlərin lamblioz heç yadına düşmür. Onlar mühtəlif müayinələr edirlər, xəstəlikləri diaqnoz və müalicə etməyə cəhd edirlər. Təcrübəli həkimlər lambliozdan şübhələnəndə, xəstələri analizə göndərirlər.

Lambliozun diaqnozunda ən çox istifadə olunan nəcis analizidir. Lakin sistlər nəcisdə nadir hallarda aşkar olunur. Yəni sistlər nəcisdə aşkar olmasa, bu hələ o demək deyil ki lamblioz yoxdu!

Nəcisdə lambliya sistləri aşkar olması da, hələ o demək deyil ki xəstəlik var, çünki 100 dək udulmuş sistlər xəstəlik törətmədən nəcislə bədəndən çıxa bilər.

Lambliyaların xəstəlik törədən formalarını 12 barmaq bağırsaqdan zondla götürülmüş mayedə mikroskopla görmək olur.. Bu əziyyətli üsul nadir yerlərdə edilir. Bir də ki, əgər lambliyalar bağırsağın divarından qopmasalar, mayedə onlar görünməyəcəklər.

Lambliozu nadir yerlərdə qan analizi ilə diaqnoz edirlər. Bu analizlə qanda lambliyalar yox, onlara qarşı əmələ gələn anticisim aşkar edilir. Ona görə, qan analizinin səhvləri ola bilər:

Anticisim əmələ gələnə kimi qan analizi yoluxmanı, səhv olaraq, göstərmir. Ona görə, qan analizində lambliya aşrar olmursa, bu hələ o demək deyil ki lamblioz yoxdur.
Anticisim qanda lambliyalar məhv olandan sonra da qalır. Ona görə, lambliyalar məhv olandan sonra da qan analizi, səhv olaraq, onların sağ olduğunu göstərir. Deməli, qan analizində lambliya aşkarlanması, hələ o demək deyil ki lamblioz var.
Beləliklə, lambliyaların nəcis və qan analizləri əksər hallarda həkimləri və xəstələri çaşdırır.

Dərmanlarla lambliyaları məhv etmək asan deyil. Etibarlı analiz yoxdursa, necə biləsən ki, lambliyalar tam məhv olub, ya yox? Sağ qalanlar olsa, tezliklə yenidən çoxalacaqlar.

Bir də ki, dərmanların xeyiri də ola bilər, ziyanı da.

12.12.2021
Son xəbərlər

Müsahibə - "Unikal.az"

Ətraflı

Qaraciyər niyə böyüyür?

Ətraflı

Qaraciyər və dərmanlar

Ətraflı