050/055 - 323 73 97 Menu

Hepatoloq DR.Tofiq Əkbərov
Sosial media hesabları

Hepatit A yüksək yoluxuculuğa malik Hepatit A virusu (HAV) tərəfindən törədilən qaraciyər infeksiyasıdır. HAV az patogen olsa da qaraciyərin funksinal vəziyyətini pozacaq iltihabi proses yarada bilir. HAV ilə çirklənmiş qida və ya su, hətta virus daşıyıcısı olan insan yoluxma mənbəyi ola bilər. Yoluxmuş bəzi insanlarda virus uzun müddət heç əlamət vermir. Digərlərində isə qripə bənzər şikayətlər ola bilir. Mülayim A hepatiti olan insanların adətən müalicəyə ehtiyacı olmur və xəstəlik qaraciyərdə heç bir qalıcı zədələnmə olmadan tam sağalma ilə yekunlaşır.

Hepatit B və hepatit C-dən fərqli olaraq Hepatit A xoniki hepatit və sirroz yaratmır. Gigiyena qaydalarına düzgün əməl etməklə Hepatit A virusu ilə yoluxmadan qaçmaq olar. Yoluxma riski qarşısında olan insanlar üçün effektiv peyvənd mövcuddur.

Hepatit A-nın əlamətləri
Hepatit A virusu yoluxmuş və faktiki olaraq hepatit (qaraciyərin iltihabı) keçirən bəzi insanlarda heç bir əlamət və şikayət olmaya bilər. Adətən uşaqlarda A hepatitinin əlamətləri mülayim keçir, əksinə yeniyetmə və yaşlılarda isə xəstəlik daha kəskin əlamətlərlə keçə bilir. Virusun bədəndə inkubaysiya müddəti bir aydır və bu müddətdən sonra xəstəlik qəfldən başlaya bilər. Bəzən Hepatit A qastroenteritə bənzər əlamətlər verir.
Aşağıdakı əlamətlər qeyd edilə bilər:
- Ümumi zəiflik
- Ürəkbulanma və qusma
- Qarında ağrı, xüsusilə sağ qabırqaaltı nahiyədə
- İştahahın azalması
- Subfebril hərarət
- Sidiyin tünd rəngdə olması
- Əzələ ağrıları
- Qaşınma
- Bəzən dəri və selikli qişaların saralması 

12.12.2021
Son xəbərlər

Müsahibə - "Unikal.az"

Ətraflı

Qaraciyər niyə böyüyür?

Ətraflı

Qaraciyər və dərmanlar

Ətraflı