
HCV infeksiyasının perinatal dövrdə transmissiyasını artıran risk faktorlar.
Aşağıdakı hallar HCV infeksiyasının perinatal dövrdə anadan uşağa transmissiyası riskini artırmış olur:
hamiləlik zamanı laborator testlərlə təyin olunan viremiya (qanda virusun mövcudluğu),
anada yanaşı İİV infeksiyasının olması,
yenidoğulmuşun qız olması.
Digər risk faktorların, o cümlədən, anada HCV-nin virus yüklənməsi, İİV xəstəliyinin mərhələsi, ananın İİV-ə qarşı antiretrovirus terapiyası ilə müalicə olunması, hamiləlik zamanı inyeksion narkotiklərdən sui-istifadə, HCV infeksiyasının kəskinliyi və ya hepatit C virusunun genotipi, doğuş zamanı qan itkisi və ya ağırlaşmalar, doğuşun növü (vaginal və ya keysəriyyə kəsiyi) və s. faktorların HCV infeksiyasının perinatal dövrdə anadan uşağa ötürülməsi ilə bağlı klinik tədqiqatlarda mübahisəli nəticələr əldə edilmişdir.
Süd ilə əmizdirmə ilə HCV infeksiyasının uşağa ötürülməsi riski çox aşağıdır. Lakin, bir sıra araşdırmalarda kolostrumda və ana südündə xüsusi həssaslığa malik HCV RNT testi ilə HCV virusları müəyyən edilmişdir.