
Qəbizlik bağırsaq hərəkətlərinin yavaşlaması nəticəsində nəcisin sıxlığının azalması və böyük bayıra çıxmanın çətin hala gəlməsidir.Demək olarki hər insan həyatının bir hissəsində qəbizlik problemi çəkmişdir. Hətta qəbizlik bəzi insanlarda tez-tez ola bilən bir vəziyyətdir. Qəbizlik problemi məşhur bir xəstəlikdir.
Normalda bir insan qatı nəcisini gündə 2 - 3 dəfə edər. Qəbizlik problemi yaşayan insanlar isə qatı nəcisini həftədə bir neçə dəfə etməkdədirlər.
Qəbizlik əlamətləri nələrdir?
Bağırsaq hərəkətlərində azalma
Qatı nəcis sayında və miqdarında azalma
Qarında qabarıqlıq
Qarın ağrısı
Qusma
Qəbizlik səbəbləri nələrdir?
Qəbizlik problemi ümumiyyətlə struktur bir problem deyil. Yalnız bağırsaq hərəkətlərindəki problemdən qaynaqlanır. Aşağıda qəbizliyin mümkün səbəbləri ifadə edilmişdir.
Qeyri-kafi su içmək
Bəslənmədə lifli qidaları az istehlak etmək
Bəslənmə nizamının pozulması (Səyahət zamanlarında v.b.)
Hərəkətsiz bir həyat və məşq etməmək
Süd və süd məhsulları tez-tez yemək
Stress
Tualet ehtiyacı olduğu halda tualetini etməmək
Qeyri-kafi tiroid ifrazatı (hipotiroidizm)
Multiple Skleroz və Parkinson kimi nevroloji xəstəliklər
Mədə dərmanları
Depressiya
Həssas bağırsaq sindromu
Hamiləlik
Kolon xərçəngi
Qəbizlik necə diaqnoz edilir?
Qəbizlik ümumiyyətlə ciddi bir narahatlıq deyil və qısa müddətdə keçməsi gözlənilir. Aşağı bir ehtimalla qəbizlik daha ciddi bir vəziyyətə işarə edə bilər. Əgər adamda 2 həftədən daha uzun müddətdir qəbizlik problemi davam edirsə həkimə danışmalıdır. Həkim edəcəyi tədqiqlərlə qəbizliyin səbəbini araşdıracaq və ona görə müalicəsini müəyyən edəcək. Əgər qəbizlik kolon xərçəngi kimi ciddi bir xəstəlikdən qaynaqlanırsa əlbəttə ki erkən diaqnoz çox əhəmiyyətlidir.
Həkim probleminin diaqnozu ilə əlaqədar aşağıdakı testləri edə bilər:
1. Hormaonal bir balanssızlıq probleminə qarşı qan testi.
2. Kolonoskopiya.
Qəbizliyi önləmək üçün nə etməlidir?
1. Lif cəhətdən zəngin və balanslı bir pəhriz tətbiq olunmalıdır. Bol tərəvəz və meyvə, paxlalılar, tam taxıllı çörək, dənli istehlak edilməlidir. Lifli qidalar kolon xərçənginə qarşı əhəmiyyətli bir qoruma təmin edər.
2. Gün içində 1,5 - 2 lt su və digər mayelərdən içmək.