
Bütün kəskin hepatitlərin gedişi (istər A,istərsə B olsun) bir-birinə çox bənzəyir.Xəstələrin əsas şikayəti aşağıdakılardır:
1) sidiyin tünd rəngdə olması
2) 3-5 gün davam edən subfebril temperatur
3) iştahasızlıq
4) qarnın üst nahiyəsində olan ağrı və narahatlıq
5) sümük və əzələ ağrıları
Xəstələrdə daha çox rast gəlinən simptomlar fransız alimin adı ilə adlanan Caroli üçlüyüdür:
1) Artralgiya (əzələ ağrıları)
2) Migren (baş ağrıları)
3) Dəridə olan urtikar səpgilər
6) Sarılıq Aktiv Hepatit B xəstələrində 40% hallarda sarılıq müşahidə olunur,qalan 60% hallarda sarılıq görünməyə bilər.Bu xəstələr latent (gizli) gedişli olub,10% xronikləşir.Sklera və dəridə sarılığı olmayan xəstələr çox vaxt sümük və əzələ ağrıları şikayəti ilə revmatoloqa müraciət edirlər.Posttransfuzion hepatitlərdə 70% hallarda sarılıq görünməyə bilər.
Laborator müayinələr.
Xəstəliyin ilkin diaqnostikası qanda HBV virusunun aşkarlanması ilə qoyulur.Çox hallarda HBsAg təsadüfi yoxlanış zamanı,xəstənin şikayəti olmadan aşkarlana bilir.Xəstəliyin inkubasion dövrü 15-180 gün arasında dəyişir.Xəstələrin 90%-də bu müddət ərzində qandan yox olursa,10% qanda qalır və xəstəlik xronikləşir.Qanda HBsAg aşkarlanmış xəstələrə protokola uyğun olaraq digər testlər Anti HBc Ig M+Ig G, HBeAg, Anti Hbe,Anti HDV,HBV DNA (kəmiyyət+keyfiyyət); qaraciyər enzimləri ALT, AST, QQT; qanın ümumi analizi,bilirubin səviyyəsi yoxlanılır.
HBV virusundan qorunma:
Bütün B virusu daşıyan xəstələrin qanında HBsAg olduğu üçün xəstə ilə kontaktda olan hər bir insan bu virusdan qorunmalıdır.
Bütün xəstəxanalarda,laboratoriyalarda,reanimasion mərkəzlərdə,böyrək dializ şöbələrində,əməliyyatxanalarda,salonlarda B hepatiti təhlükəsi mövcuddur.Burada çalışan insanlarda yoluxma riski daha çoxdur.Hepatit riskinin yüksək olduğu yerlərdə yemək yemək,çay içmək qadağan olunmalı,bunun üçün xüsusi yerlər ayrılmalıdır.
Hepatit B virusu daşıyıcısı ilə eyni evdə yaşayan insan mütləq qoruyucu peyvənd olunmalıdır.Hepatitli xəstəni ailə içində yaşamasına və işləməsinə qadağa qoyulmur.Çünki virus havadan keçə bilməz.Hepatitli xəstə ilə görüşmək,qucaqlaşmaq,hətta yanaqdan öpüşmək də olar.Bu yollarla virus keçə bilməz