
Tibbi praktikada dərmanların hepatotoksik təsiri çox rast gəlinən bir haldır.Birləşmiş Ştatlarda bu səbəbdən kəskin qaraciyər çatışmazlığının baş verməsi çox rast gəlinən bir haldır və bu qaraciyər transplantasiyasına gətirib çıxarır.
İdiosinkratik qaraciyər zədələnməsi 2 qrupa bölünür: dozadan asılı və dozadan asılı olmayan məsələn. asetominofen qəbulundan sonar 10% xəstələrdə qaraciyər zədələnməsi qeydə alınıb. Dərmanlar qaraciyərdə reaktiv metobolitlər əmələ gətirir.Oksidativ stres,mitoxondrilərin zədələnməsi baş verir.Dərmanların çox vaxt terapevtik dozadan artıq qəbulu qaraciyərdə güclü toksiki reaksiyaya səbəb olur.Məsələn:1.Oksidativ stress verən dərmanlar – Asetominofen , diklofenak , Valproat turşusu , troqlitazon. 2.Mitoxondrial zədələnmə verən dərmanlar – İbuprofen , aspirin , tamoksifen və.s.
Autoimun hepatitli xəstələrin atorvastatin qəbulu xəstəliyin kəskinləşməsinə səbəb olur.Amoksisillin klavunat yaşlılarda xolestatik zədələnmə verir.