
Hepatit B xəstəliyini (əvvəlki adı serum hepatiti) ilk dəfə 1963-cü ildə Dr.Kohen Blumberg hemofiliyası olan avstraliyalı xəstə uşağın qanında aşkar etmiş və bu xəstəliyi törədən virusu Avstraliya antigeni adlandırmışdır.Sonradan bu virusun B virusu olduğu anlaşıldı və həmin virusun törətdiyi xəstəliyə Hepatit B adı verildi.Bu nailiyyətinə görə 1976-cı ildə Dr.Blumbergə Nobel mükafatı verildi.
Hepatit B xəstəliyi B virusu (tibbi adı HBV) tərəfindən törədilən aktiv qaraciyər xəstəliyidir.Bu virus ilk öncə qana daxil olur,qanda sirkulyasiya edərək sonda qaraciyərə gəlir və bu orqanı infeksiyalaşdırır.HBV 42 nm ölçüdə olan bir DNT virusudur.
Hepatit B xəstəliyi virusun birbaşa təsiri ilə deyil,orqanizmin immun sistemində olan və nəticədə əmələ gələn sitotoksik maddələrin təsiri ilə əmələ gəlir.
Stress,alkoqol,siqaret və başqa amillər xəstənin immun sisteminə təsir edərək xəstəliyin daha da ağır getməsinə səbəb olur.
Hepatit B virusunun yoluxma yolları:
Hepatit B virusu insandan insana əsasən-
1)infeksiyalaşmış qan(qan yoluyla yoluxma)
2)infeksiyalaşmış sperma və vaginal maye ilə (cinsi yolla yoluxma)
Yuxarıda göstərilənlərlə yanaşı HBV-nin aşağıdakı yoluxma yolları da mümkündür:
-Tər və göz yaşından nadir halda olsa da virusun yoluxmasına rast gəlinir.Hepatit B xəstəliyi QİÇS xəstəliyindən 100 dəfə daha təhlükəlidir.Bunun səbəbi isə infektə olmuş 1 mm3 qanın hətta 1/10000 hissəsi belə insanın bu xəstəliyə yoluxmasına bəs edir.
-B virusu daşıyan bir şəxs ilə bilərək və ya bilməyərək cinsi yaxınlıq etmək
-Uyuşdurucu maddə asılılığı olan şəxslərin eyni iynədən istifadə etməsi
-Qeyri-steril şəraitdə icra olunan qulaq deşilməsi
-Qan qardaşı olmaq
-Son günlərdə gənclər arasında qeyri-steril şəraitdə burun və göbəkdə deşik açmaq
-İnfeksiyalaşmış alətlərlə icra olunan manikür və pedikür
-Steril olmayan alətlərlə icra olunan sünnət
-Dəri içərisinə olunan döymələr (tatto).İynə təmiz olsa belə,boya qabında virus ola bilər.
-B virusu daşıyan anadan övladına yoluxma (süd ilə deyil)
-B virusu daşıyan anadan plasenta yolu ilə dölə keçmə
Ana hamiləliyin 1-ci və 2-ci üç aylığında aktiv hepatitə yoluxmuşsa dölə keçmə şansı çox azdır. 3-cü üç aylığında xəstələnmişsə döl virusla yoluxur.Yanaşı olaraq anada HBe Ag (+) pozitiv olarsa və virus sayı yüksək olarsa dölün yoluxma şansı artır.
-Ana və uşaq arasında doğuşdan sonra digər təmasla da B virusu keçə bilər.
-Hemodializ aparatları
-Xroniki dəri tamlığının pozulması ilə nəticələnən açıq yaralar
-Bərbərlərin istifadə etdikləri ülgüclər vasitəsi ilə
-İnfeksiya daşıyıcısı olan şəxsin istifadə etdiyi diş fırçası ilə
-Öpüş yolu ilə.Hepatit B xəstəliyi olan bir şəxsin kimisə yanağından öpməsi tam təhlükəsizdir.Ancaq yaş və dodaq öpüşməsinə icazə verilməməlidir.Çünki diş fırçalanması zamanı və ya digər səbəbdən diş ətində meydana gələ biləcək kiçik bir qanaxmadan ağza tökülərək ağız suyuna qarışan bir zərrə qan belə yoluxmaya səbəb ola bilər.